Saat:04:11
Haqqımızda

Erməni qubernatordan etiraf: “Azərbaycan kəndləri hədəfə almır, müharibə nağılları danışmayın”

2025-05-24 00:26:01

Erməni qubernatordan etiraf: “Azərbaycan kəndləri hədəfə almır, müharibə nağılları danışmayın”

Ermənistanın Sünik əyalətinin (Zəngəzur-red.) qubernatoru Robert Qukasyan yerli mediaya açıqlamasında bəzi həqiqətləri açıqlayıb.

O, sərhəddə Azərbaycan tərəfinin atəş açması xəbərini dolayı təkzib edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistana aid kəndləri atəşə tutmayıb.  “Əgər silah səsi eşidilirsə, bu, əlbəttə ki, narahatedici haldır. Lakin insanlar arasında çaxnaşma yarada biləcək qədər ciddi deyil. Eyni zamanda, açılan atəşin hədəfi kəndlər deyil. Aydın görünür ki, bu müharibə hazırlığı məqsədi daşımır”.

Qukasyan bildirib ki, baş verənlər Azərbaycan tərəfinin müharibə hazırlığı görməsinə dəlalət etmir. “Onlar bizim kəndləri atəşə tutmurlar. Kimlərsə müharibə nağılları danışmasın”. \\Tribunainfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.134792