Erməni qəzeti "Past" iddia edir: Paşinyanın hədəfi rus sülhməramlılarını gözdən salmaqdır..

2022-12-22 13:00:00

Erməni qəzeti

Ermənistan Təhlükəsizlik Şurasının katibi dünən bəyan edib ki, Rusiya Laçın dəhlizinə görə məsuliyyət daşıyır. Bu barədə “Past” erməni qəzeti yazır.
Qəzet mövqeyini belə əsaslandırır: “Əlbəttə, bu çoxdanın xəbər deyil: Dövlət Dumasının bir sıra “tanınmış üzvləri Artsaxın təhlükəsizliyinin bütün yükünü dəfələrlə rusların üzərinə atıblar. Ötən gün bu flashmob Qərbləşmək, anti-Rusiya oriyentasiyası ilə tanınan və “parlamentdənkənar qüvvələr klubu”nun tərkibində Nikol Paşinyanla müntəzəm görüşən bir neçə partiya liderini ağuşuna alıb. Bu, xüsusən də Tiqran Xzmalyan, David Sanasaryan, Levon Şirinyan haqqındadır ki, onlar yekdilliklə, -Azərbaycan Laçın dəhlizinin qarşısını kəsməyib, onu ruslar bağlayıb- deyə əmin edirlər".
Qəzet bildirir ki, bütün bunlar heç də həvəskarlıq deyil və Ermənistanı Qarabağla birləşdirən yolun bağlanması məsələsində parlamentdənkənar həmkarlarına “günah oxlarını” sırf ruslar istiqamətinə yönəltməyi tapşıran Nikol Paşinyan olub. Eyni zamanda Paşinayan vəd edib ki, tezliklə bu barədə və Azərbaycanda danışmağa başlayacaqlar.
Ardınca "Past" qeyd edir ki, indi çox maraqlı “qəza” ilə qeyd olunan şəxslərlə yanaşı, İlham Əliyevin köməkçisi Hikmət Hacıyev də demək olar eyni şeyi təkrarlayır.
Qəzetin iddiasına görə, çoxsaylı ekspertlər qeyd edirlər ki, bütün bunların hədəfi nəhayət Rusiya sülhməramlı missiyasının fəaliyyətini gözdən salmaq, gələcəkdə sülhməramlıların "Artsaxdan", sonra isə bütün Rusiya kontingentinin Ermənistandan çıxarılmasına çağırışlar etməkdir.
Sonda nəşr əlavə edir ki, ötən həftə keçirilən aksiyalarda “Bever” milli-demokratik partiyasının liderləri də oxşar mövqe nümayiş etdiriblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000130