Erməni politoloqdan ŞOK AÇIQLAMA: Trampın gəlişi Ermənistan üçün…
Bu mərhələdə ABŞ administrasiyasının ayrı-ayrı rəsmiləri ABŞ-ın xarici siyasətinin formalaşmasında əhəmiyyətli rol oynamayacaqlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir k, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasında ermənipərəst şəxslərin olmasına dair məlumatları şərh edən politoloq Tiqran Qriqoryan deyib.
“Trampın əvvəlki dövründə xarici siyasətdə müəyyən tendensiyalar var idi . Bu tendensiyalar bu prezidentlik dövründə də davam edəcək. Amma bu tendensiyalar Ermənistana kömək etməkdənsə, ona mane olacaq. İlk növbədə, mən ABŞ-ın regionumuzda iştirakının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq təcrid meyllərini nəzərdə tuturam. Bu, xüsusilə son illərdə Ermənistan hakimiyyətinin Qərblə münasibətlərin dərinləşməsinə önəm verdiyini nəzərə alsaq, mühüm amildir”, - deyə o, yerli FactorTV-də açıqlamasında bildirib.
Qriqoryanın sözlərinə görə, Trampın siyasəti tranzaksiya xarakteri daşıyır, yəni müxtəlif sövdələşmələrə əsaslanır.
“Hamımız xatırlayırıq ki, Tramp Suriya kürdləri məsələsində Ərdoğanla sövdələşib. Eyni şeyi indi bizim regionda edə bilər”, - deyə erməni politoloq hesab edir.
Trampın prezidentliyinin üçüncü əsas xüsusiyyəti onun İranla bağlı mövqeyidir ki, bu da həm onun şəxsi yanaşmaları, həm də bütövlükdə komandasının yanaşmaları ilə bağlıdır. Qriqoryan ABŞ-ın İran məsələsində mövqeyinin sərtləşəcəyini proqnozlaşdırır. Bu isə Ermənistanı narahat etməyə bilməz. Bu, Ermənistana da mənfi təsir göstərəcək, çünki İran bizim üçün strateji əhəmiyyət kəsb edən ölkə olaraq qalmaqda davam edir”, - deyə, o bildirib.
Ona görə də Qriqoryan hesab edir ki, Trampın gəlişi ilə Ermənistan üçün tendensiyalar kifayət qədər mənfidir. Bu isə öz növbəsində Ermənistan hakimiyyətini bəzi xarici siyasət qərarlarını dəyişməyə sövq edə bilər.