Saat:10:15
Haqqımızda

Erməni ombudsmen: “Azərbaycanlıların Ermənistana qayıtması üçün şərait yaradılıb” - "Ağudi kəndinin sakinləri ilə görüşüm olub" - VİDEO

2022-08-11 21:40:00

Erməni ombudsmen: “Azərbaycanlıların Ermənistana qayıtması üçün şərait yaradılıb” -

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla  xəbər verir ki, erməni ombudsmen Bakının 1988-ci ilə qədər Ermənistanda yaşamış azərbaycanlıları yurdlarına qaytarmaqla bağlı əməliyyat keçirdiyini bildirib.

Ermənistandakı “Məhkəmə özbaşınalığına qarşı” təşkilarının icraçı direktoru Larisa Alaverdyan RastinfoTV kanalına müsahibəsində bu gün bunun üçün hər cür şəraitin yaradıldığını söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda öz evlərini tərk eləmiş azərbaycanlıların doğma yurdlarına qayıtması məsələsini qəti şəkildə qoyub.

Alaverdyan deyib: “Azərbaycanlılar praktiki olaraq Ermənistanın bütün rayonlarında yaşayırdılar”. Onun sözlərinə görə, Ermənistanın reallıqla barışmaqdan başqa yolu yoxdur, hazırda geosiyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişib.

Ombudsmen deyib ki, 34 il əvvəl o, Zəngəzurun Ağudi kəndində yaşamış azərbaycanlılarla söhbət edibmiş. Onun fikrincə onlar, artıq bu gün regiona, öz evlərinə qayıda bilərlər: “Azərbaycanlıların gözlədikləri şərait artıq yaradılıb”. Qarabağdakı ermənilərin gələcək talelərindən danışarkən Alaverdyan bildirib ki, onların Azərbaycan vətəndaşlığını qəbul eləməkdən başqa seçimləri yoxdur.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR