Erməni oliqarxın Qarabağ gedişi: “Planlı təxribat...” - NƏ BAŞ VERİR?

2022-09-02 14:59:00

Erməni oliqarxın Qarabağ gedişi: “Planlı təxribat...” - NƏ BAŞ VERİR?

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarını açıqlayıb.

Vardanyan bu qərarını videomüraciət formasında edərək sosial şəbəkələrdə və “YouTube”-da paylaşıb.

Qeyd edək ki, Vardanyan “Forbes” nəşrinin Rusiyanın ən zəngin adamları siyahısındadır. 2021-ci ilin nəticələrinə görə isə Vardanyanın sərvəti 1 milyard dollar civarındadır.

Vardanyanın Xankəndiyə köçməsi isə birmənalı olaraq təxribat xarakterlidir. Ekspertlər hesab edir ki, Vardanyanın Xankəndiyə köçməsinin əsas iki səbəbi var.

Birincisi, erməni milyarder Vardanyan Xankəndidə infrastruktur quraraq ordakı ermənilərin səfillik səbəbindən köçünün qarşısını almağa çalışırlar. İkincisi, gələcəkdə Rusiya Araik Harutunyanı onunla əvəz etməyi planlaşdırır.

Hurriyyet.az-ın məlumatın agörə, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya deyib ki, 1 milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Xankəndinə yerləşməsinə sıradan hadisə kimi baxmıram:

“Bu 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti və yaxşı planlanan təxribatdır. Vardanyanın Qarabağdan rus dilində yaydığı paylaşımını izlədim. O həmin paylaşımda digər imkanlı erməniləri də Qarabağa köçməyə çağırış edib.

Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan Ordusunun nişangahında olan bölgəyə köçsün ki? Əksinə imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. O biri tərəfdən Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda gərək Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Köçəryan və Serj Sarkisyan qayıtmalıydılar. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər”.

Politoloq əlavə edib ki, Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır:

“Demək, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Abramyan Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlayacaq. Moskva separatçıların lideri Araik Arutunyanı Ermənistanın Baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Araik Arutunyanı Ruben Abramyanla əvəz etmək etmək planının varlığı istisna etmək olmaz. Araik

Arutunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq. Ruben Abramyanın “Qarabağa gəlin” çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz.

Laçına alternativ yol tikdik, orda da əli silahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Abramyanın siyasi gedişinə harada yaşamasından asılı olmayaraq hansısa azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055380