Erməni müxaliflərin dəhşətli ssenarisi - Korotçenko

2022-05-06 09:16:00

Erməni müxaliflərin dəhşətli ssenarisi - Korotçenko

Ermənistanda mitinqlər bir vaxtlar Nikol Paşinyanın müxalifətçidən ölkənin baş nazirinə çevrilməsinə imkan verən miqyasda deyil. Müxalifət cəmiyyətin əksəriyyətini öz şüarları, öz bayraqları altında birləşdirə bilmədi. Bu isə o deməkdir ki, müxalifətin axtardığı siyasi məqsədlər reallaşmayacaq. Müxalifət qüvvələrinin yazmağa çalışdığı ssenari reallaşmayacaq.

Bu fikirləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi ekspert, Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Birincisi, Moskva dəfələrlə vurğulayıb ki, Ermənistanda baş verən bütün sarsıntılar yalnız onun daxili işidir. İkincisi, Cənubi Qafqazda, Xəzər regionunda sabitlik Rusiya üçün çox vacibdir. Xüsusən də Ukraynada xüsusi hərbi əməliyyatın aparılması və Rusiya iqtisadiyyatının Qərb dövlətlərinin kütləvi təzyiqi altında olması fonunda. NATO-nun genişmiqyaslı təlimlər keçirdiyini görürük. Ermənistanda baş verən hər hansı təlatümlər regiondakı hərbi-siyasi vəziyyətə təsir edə bilər. Bu da Rusiya üçün hazırki vəziyyətdə son dərəcə arzuolunmaz variantdır.

Moskva ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, sülh sazişi, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Rusiyanın milli maraqlarına uyğundur. Ona görə də Moskva erməni müxalifətçilərinə birbaşa və ya dolayısı ilə heç bir dəstək vermir, onları heç bir şəkildə həvəsləndirmir. Lakin erməni diasporu fəal şəkildə Ermənistanda baş verən hadisələrə təsir və müdaxilə etməyə, onları maliyyələşdirməyə çalışır”, - rusiyalı ekspert qeyd edib.

Onun sözlərinə görə, buna görə də çox ciddi risklər var:

“Bundan başqa, Ermənistan Milli Təhlükəsizlik Xidməti etirazçıların parlamentə basqın etmək cəhdi barədə bəyanat verib. Biz Ermənistan tarixində məmurların ölkə parlamentində güllələnməsi hallarını xatırlayırıq. Və bunun bir daha baş verməyəcəyinə heç kim zəmanət vermir. Ona görə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatı müxalifət sıralarına daxil edilmiş agentlərin Paşinyanın hakimiyyətdən zorla uzaqlaşdırılmasının mümkün ssenarisinə işarədir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya