Erməni müdafiə naziri Azərbaycanla sərhəddə: “Döyüş növbəsi...” - FOTO

2022-04-29 12:25:00

Erməni müdafiə naziri Azərbaycanla sərhəddə: “Döyüş növbəsi...” - FOTO

Ermənistan müdafiə naziri Suren Papikyan respublikanın cənub istiqamətində - Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baş çəkib.

Hurriyyet.az xəbər verir ki, nazir hərbi hissələrdə döyüş növbətçiliyinin şəraiti ilə tanış olub, hərbi qulluqçularla söhbət edib.

Hərbi hissə komandiri, general-mayor Artak Budaqyan cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə Papikyana məlumat verib.

Papikyan bölgəyə səfəri çərçivəsində 3 aylıq təlim-məşq toplanışına cəlb olunmuş və cəbhə xəttində növbətçi olan şəxsi heyətlə görüşüb.

Teleqraf.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya