Erməni millət vəkilindən "Facebook" paylaşımı: Hakimiyyət yeni ərazilər itirəcək

2021-09-14 16:23:00

Erməni millət vəkilindən

"Hakimiyyət əmin etməyə çalışır ki, sərhədlərin demarkasiyası prosesi həm Sotk-Xoznavar hissəsində, həm də Gorus-Qafan dövlətlərarası yolda yaranan böhranları həll edəcək və bu  həll yolu kimi məhz bu gündəmi irəli sürür", deyə millət vəkili Tiqran Abramyan "Facebook" səhifəsində yazıb.
“Azərbaycanın bu prosesin başlaması üçün yüksək qiymət qoyduğunu bir kənara qoyaq. Demarkasiya / delimitasiya prosesi incə, mürəkkəb hesablamalara və təbii ki, aktiv danışıqlara əsaslanır. Son 3 ildə bu hakimiyyətin işində gördüklərimiz, qeyd olunan prosesin bizim xeyrimizə olacağına zəmanət verə bilərmi? Dərhal deyərəm ki, yox...
Hakimiyyət bu prosesdə də uğursuzluğa düçar olacaq və bu gedişlə Geqarkunik ilə Syunik bölgələrindəki problemlər nəinki həll olunmayacaq, həm də yeni ərazi itkiləri təhlükəsi yaranacaq.
Beləliklə, bu hökumətin iqtidarı dövründə yeni ərazi itkiləri qaçılmazdır”, deyə Tiqran Abramyan yazır.

Ülviyyə Şükürova

Hurriyyet.az