Erməni mediasından Dəmirli yatağı ilə bağlı ilginc iddia

2023-03-01 22:49:00

Erməni mediasından Dəmirli yatağı ilə bağlı ilginc iddia

Ermənistan mətbuatı Xocalıdakı məlum görüşün ardınca Azərbaycan nümayəndələrinin hazırda Dəmirli (Kaşen) yatağında olduğu barədə xəbər yayıblar.

Bu, son günlər azərbaycanlıların yatağın ərazisinə sərbəst daxil olduğu ilk səfər deyil.

Media qurumu müvafiq qurumun rəhbərliyi ilə əlaqə yaratmağa çalışsa da, cəhdlər heç bir nəticə verməyib.

Xatırladılır ki, dekabrda qondarma rejimin “hakimiyyət”i mədənləri qanunsuz istismar edən “Base Metals” şirkətinin rəhbərliyi ilə birlikdə iş fəaliyyətinin “müvəqqəti” dayandırılması qərarına gəlib.

“Rəsmi açıqlamada “Qonşu ölkənin ekoloqlarının yaratdığı qeyri-sağlam atmosferi və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini nəzərə alaraq, “Base Metals”in fəaliyyəti ilə bağlı beynəlxalq ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsi qərara alınıb”,-deyə xəbərdə bildirilir. \\Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166430