"Erməni lobbisi Parisin merini zərbə altında qoyacaq" - ELXAN ŞAHİNOĞLU

"Fikrimcə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq"
"Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər. Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun “aksiyasının” (oxu: təxribatının) nəticəsini gözləyəcəklər. Paris meri “humanitar yüklə” Azərbaycan sərhədinə gəlməyi planlaşdırır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun qənaətincə, erməni lobbisi Parisin merini zərbə altında qoyacaqlar: "Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcəklər: “İndi nə edək?” Fikrimcə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya