Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
2024-05-02 16:36:31
.jpg)
Ermənistanın Tavuş rayonunun Kirants (Günən - red.) kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb.
Hurriyyet.az xəbər verir ki, məlumata görə, Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib.
Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiya olunan 11 nöqtənin mövcudluğunu bildirmişdi.
oxu.az
