Erməni kilsəsinin dərdini çəkən Putinin ordusu Ukraynada 500-ə qədər xristian məbədini xarabaya çevirib

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Tvitter” səhifəsindəki paylaşmasında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı 500-ə qədər kilsəni və müxtəlif dinlərin məbədlərini məhv elədiyini yazıb.
Açıqlamada deyilir: “Rusiyanın Ukraynaya hərbimüdaxiləsi zamanı yüzlərlə dini tikili dağıdılıb, zədələnib, yaxud da talan edilb. Bütün dinlər və konfessiyalar, o cümlədən kilsələr, sinaqoqlar, Ukraynanın dini icmalarının tədris və inzibati binaları zərər çəkiblər”.
Prezidentin sözlərinə görə, bütün bunlar Rusiya üçün yalnız hədəfdir. Zelenski yazıb: “Lakin terrorçu dövlətin raketləri və artilleriyası bizim insanlığımızı və inamımızı sındırmayıb. Ukrayna qalib olacaq, həyat qələbə çalacaq!”
Xatırladaq ki, 2020-ci il noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı Putin Azərbaycan Respublikasının işğaldan azad edilən rayonlarında xristian məbədləri və monastırların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacib olduğunu söyləmişdi.
Prezident İlham Əliyev isə Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edildiyini, Azərbaycan ərazisində yerləşən bütün müsəlman və xristian ibadətgahların dövlət tərəfindən mühafizə olunduğunu onun nəzərinə çatdırmışdı.
Qeyd edək ki, Ukraynada da Rusiyada olduğu kimi, xristian dininin pravoslav məzhəbinə etiqad edənlər üstünlük təşkil edir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya