ERMƏNİ KATOLİKOSU YENƏ QAN-QAN DEYİR – Ordunu gücləndirməyə çağırır
Ermənilərin tarixən başına gələn bəlaların və ətrafdakı xalqlarla düşmənçiliyinin əsas baiskarlarından olan erməni kilsəsi öz “missiyası”nı davam etdirməkdədir.
Hurriyyet.az xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin Ordu Günü münasibətilə erməni xalqına müraciət ünvanlayaraq, yenə “artsax”dan, erməni döyüşçüsünün “qəhrəmanlığından” və s. dəm vurub: “”Artsax” hərəkatı dövründən etibarən Ermənistan nizami ordusu könüllü dəstələr və çağırışçılar birliyi tərəfindən formalaşdırılıb, onlar otuz ildən çox döyüşüb, “artsax” müharibələri və Azərbaycanın Ermənistan sərhədlərində açdığı döyüşlər zamanı misilsiz şücaətlər nümayiş etdiriblər... Regionumuzda yaranmış ağır vəziyyətdə Ermənistan ordusunun hərtərəfli gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Başımıza gələn fəlakətli faciələr, “artsaxın işğalı” fonunda biz ordumuzu bütün gücümüzlə dəstəkləməliyik, çünki Ermənistan ordusu xalqımız üçün dinc və ləyaqətli həyatın, erməni dövlətçiliyinin, təhlükəsiz gələcəyin və müstəqilliyin qarantıdır. Məmnuniyyətlə təsdiqləyirik ki, ruhanilərimiz pastoral qayğı, igid döyüşçülərimizin ruhunu gücləndirmək üçün Ermənistan ordusunun zabit və əsgərlərinin yanında olublar və olacaqlar”.
AzPolitika.info