Erməni jurnalist rus hərbçilərini təhqir etdi: “Gəldiyiniz günə lənət olsun” - VİDEO

2023-01-16 12:40:00

Erməni jurnalist rus hərbçilərini təhqir etdi: “Gəldiyiniz günə lənət olsun” - VİDEO

Xəbər verdiyimiz kimi, sön günlər Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının önündə ermənilər Qarabağda müvəqqəti dislokasiya edilən rus sülhməramlılarının fəaliyyətinə qarşı etiraz aksiyası keçirirlər. Jurnalist Muşeq Qriqoryan aksiyada çıxışı zamanı rus hərbçilərini təhqir edib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Qriqoryan ruslara müraciət edərək belə deyib:

“Ayağınız bu torpağa basan günə lənət olsun. 100 illərdir bizim xalqa zülm edirsiniz. Sizdən heç vaxt azadlıq görməmişik. İndi də Ukrayna xalqına divan tutursunuz. Mən sizin ölkədə yaşamışam. Orada sadə xalq necə də zülm içində yaşayır. Onsuz da əvvəl-axır Ermənistanı tərk edəcəksiniz”.

bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.165856