Erməni iranşünasdan sərsəm iddia: "Bakıdakı Şirvanşahlar Sarayı da İrana məxsusdur"

2022-07-21 11:46:00

Erməni iranşünasdan sərsəm iddia:

Erməni iranşünas Vartan Voskanyan ortaya- "Bakıdakı Şirvanşahlar Sarayı da İrana məxsusdur"- kimi sərsəm iddia atıb.
Daim İran yönümlü və qərəzli anti-Azərbaycan çıxışları ilə tanınan erməni ekspert Vartan Voskanyan öz Facebook səhifəsində İrəvanda qədim Azərbaycan məscidi olan “Kund” və “Göy məscid”in guya İrana məxsus olduğunu iddia edib: “Bakının bəzi rəsmiləri bir daha coşublar ki, İrəvandakı Göy məscid guya İrana deyil, Azərbaycana məxsusdur. Buna əsas bəhanə isə sözügedən məscidi tikdirən İrəvan xanının türk əsilli olması və o dövrdə şəhərin müsəlman əhalisinin bir çoxunun türkdilli olmasıdır.
Hətta nə İrəvan xanı, nə də müsəlmanların özlərini azərbaycanlı kimi təqdim edəcəklərini heç vaxt ağıllarına belə gətirmədikləri gerçəkliyini bir kənara qoysaq, işin gülməli tərəfi burasındadır ki, bu bəhanələrə əsasən Bakıdakı Şirvanşahlar saray kompleksinin bütün tikililəri, o cümlədən məscidləri ilə birlikdə Azərbaycana aid olmadığı üzə çıxır".
Erməni ekspert bunu belə əsaslandırmağa çalışır ki, guya Şirvanşahlar ərəb mənşəli və tamamilə farslaşmış bir ailə idi və o dövrdə Bakının müsəlman əhalisi sırf Qafqaz iranlılarından (tatlar) ibarət olub. Ona görə, bu “məntiqlə” Bakıda adı çəkilən memarlıq kompleksi Azərbaycan yox, İran mənşəlidır”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053972