“Erməni iranşünasdan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sərsəm iddia: Məqsəd İrandır”

2022-09-07 16:11:00

“Erməni iranşünasdan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sərsəm iddia: Məqsəd İrandır”

İranda ermənilərin rəsmi saytı olan “alikonline.ir” iddia edir ki, Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsi Bakının Zəngəzur dəhlizi və ya Sünik adlı yeni məsələni irəli sürməsi ilə daha da mürəkkəbləşib.
Məsələ ilə bağlı erməni iranşünas Artyom Tonoyan bir neçə gün əvvəl İran mediasına müsahibə verib:
Sual: Azərbaycanın Ermənistanın Sünik vilayəti və ya cənab Əliyevin dediyi kimi Zəngəzur dəhlizi ilə bağlı son mübahisə və iddialar nədən qaynaqlanır?
- Türkiyə də, Azərbaycan da pantürkizm siyasəti aparır. Ümumiyyətlə, Azərbaycan Respublikasının yaranması pantürk planının nəticəsi olub. Bu planı hazırlayanlar Osmanlı türkləri idi və Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin indiki hökuməti bu geosiyasi proqramı yeni Osmanlı və ya neoosmanizm siyasəti çərçivəsində davam etdirir. O vaxt Nuri Paşanın ordusu Bakıya gəlib Azərbaycan Cümhuriyyətini yaratdı və Bakıda həmin panturanizmin başqa bir növü hələ də hökm sürür. Yenə də Ermənistanın bir hissəsi bu planın hədəfindədir və onların hədəfi təkcə Qarabağ və ötən il müharibənin getdiyi bölgələr deyil, həm də Ermənistanın İranla həmsərhəd olan hissəsidir. Şübhəsiz ki, məqsəd burada [İran rəhbərinin] qeyd etdiyi kimi, İranla Ermənistan arasında min illik əlaqə yoludur.
Sual: İran rəhbərlinin İranla Ermənistan arasındakı əlaqə yolunu min illik yol adlandırması və İranın bu yolun bağlanmasına imkan verməyəcəyini bildirməsi ilə bağlı İranın son mövqeyi Ermənistanda necə reaksiya doğurdu?
- Çox xoş qarşılandı. İran üzrə erməni ekspertlər bu ciddiliyin fərqindədirlər, lakin bəzən bu qırmızı xətt ekspertlər səviyyəsində qalır və geniş ictimaiyyət arasında öz əksini tapmır. Mütəxəssislər, iranşünaslar olmasaydı, bəlkə də bu məsələ lazımınca öz əksini tapmazdı...

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.105176