Saat:15:29
Haqqımızda

Erməni ictimaiyyəti Azərbaycanla sülhə hazırdırmı? - SORĞU NƏTİCƏLƏRİ

2022-12-01 14:31:00

Erməni ictimaiyyəti Azərbaycanla sülhə hazırdırmı? - SORĞU NƏTİCƏLƏRİ

Cavid Vəliyev: "Respondentlərin 69,3 faizi Fransanın, 68,8 faizi İranın, 62,3 faizi ABŞ-ın, 29,6 faizi Rusiyanın, təxminən 36,9 faizi Avropa İttifaqının Ermənistana dəstəyini müsbət qiymətləndirib"

"Sülh danışıqlarının davam etdiyi son 2 ildə Ermənistan hakimiyyəti ictimaiyyətini Azərbaycanla sülhə nə dərəcədə hazırladı və erməni ictimaiyyəti Azərbaycanla sülhə hazırdırmı? Bu sualların cavabını Ermənistanda İctimai Rəyin Öyrənilməsi üzrə Beynəlxalq Gallup Assosiasiyasının rəsmi nümayəndəsi olan MPG konsaltinq şirkətinin noyabrın 2-dən 12-dək Ermənistanda 1100 respondentin iştirak etdiyi telefonla ictimai rəy sorğusunun nəticələrinə görə müəyyənləşdirmək olar". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev qeyd edib.

Ekspertin sözlərinə görə, respondentlərin demək olar ki, 90 faizi Qarabağın Azərbaycanın bir hissəsi olmasını və burada yaşayan ermənilərə milli azlıq statusunun verilməsini qəbuledilməz hesab etdiklərini bildirib: "Yalnız 5,9 faiz Qarabağ ermənilərinə bu statusun verilməsini məqbul hesab etdiyini bildirib. Ermənistan vətəndaşlarının 15 faizi Praqa görüşünün nəticələrini müsbət qiymətləndirib, respondentlərin 31,5 faizi Soçi sammitini müsbət qiymətləndirib. Respondentlərin 59,4 faizi Azərbaycana qarşı Ermənistanın silahlanmağı, yalnız 14,1 faizi isə sülh danışıqlarının davamını dəstəkləyib. Respondentlərin 10 faizi Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Qərb ölkələrinə üz tutmağın tərəfdarı olduğunu, 8,8 faizi analoji yardım üçün Rusiyaya müraciət etməyin zəruri olduğunu düşünür".

BMTM-in şöbə müdiri əlavə edib ki, erməni respondentlərin 69,3 faizi Fransanın, 68,8 faizi İranın, 62,3 faizi ABŞ-ın, 29,6 faizi Rusiyanın, təxminən 36,9 faizi Avropa İttifaqının Ermənistana dəstəyini müsbət qiymətləndirib: "Respondentlərin cəmi 8 faizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini müsbət qiymətləndirib: ""Ermənistanın KTMT-dən çıxması lazımdırmı" sualına respondentlərin 39,3 faizi yox, 16,2 faizi hə deyib. Sorğunun nəticələrinə görə, respondentlərin 37 faizi Rusiyadan, 32,5 faizi ABŞ-dan, 25,5 faizi İrandan, 24.2 faizi Fransadan, 17.5 faizi Hindistandan, 7.5 faizi isə Çindən hərbi yardım gözləyir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR