Erməni hökuməti erməni kilsəsinə qarşı - Hüququndan məhrum edilir
2025-12-25 13:07:51
Hurriyyet.az xəbər verir ki, Ermənistan hökuməti erməni kilsəsini topraq sahibi olmaq hüququndan məhrum edib. Bu barədə qərar Ermənistanın Nazirlər Kabinetinin dekabrın 25-də keçirilən iclasında qəbul edilib. Torpaq məcəlləsinə edilən düzəliş hökumət tərəfindən təsdiqlənib - Erməni Apostol Kilsəsi torpaq sahələrini qarşılıqsız şəkildə öz mülkiyyətinə keçirmək hüququndan məhrum edilib.
Ərazilərin idarəsi və infrastruktur naziri David Xudatyanın təqdim etdiyi qanun layihəsi qəbul edilməsi üçün parlamentə göndəriləcək.
Hürr Tərcüman
