"Erməni hərbçilərinin maketləri Hərbi Qənimətlər Parkına qaytarılmalıdır" - ELXAN ŞAHİNOĞLU

2023-05-11 11:11:00

"Nə zaman onlar "Nemezis" abidəsini ləğv edərlər, biz də maketləri yığışdırarıq, unutmayaq ki, erməni terrorçuları 100 il əvvəl Azərbaycanın da tanınmış siyasi xadimlərini qətlə yetiriblər"

"İrəvanda bu ilin aprelin 25-də "Nemezis" terrorçularına qoyulan abidə Ermənistan-Türkiyə münasibətlərində gərginlik yaradıb. Halbuki, iki ölkə arasında danışıqlarda irəliləyiş əldə edilmiş və İrəvan sərhədin açılmasına ümidliydi. Ancaq məlum abidə normallaşma prosesini əngəlləyib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, Ankara dialoqun uğurla davam etməsi üçün İrəvandan həmin abidənin götürülməsini tələb edib, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirib ki, abidənin qoyulması Ermənistanın daxili işidir, yəni götürməyəcəklərinə işarə edib: "İkinci Qarabağ müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkının salınması və orada erməni hərbçilərinin maketlərinin yerləşdirilməsi də Azərbaycanın daxili işi idi, ancaq İrəvanın bundan şikayət etmədiyi, donos yazmadığı beynəlxalq təşkilat və dövlət qalmadı. Həmin maketləri yenidən parka qaytarmaq lazımdır, nə zaman onlar "Nemezis" abidəsini ləğv edərlər, biz də maketləri yığışdırarıq. Unutmayaq ki, erməni terrorçuları 100 il əvvəl Azərbaycanın da tanınmış siyasi xadimlərini qətlə yetiriblər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.239203