Erməni general: “Qarabağdan imtina ediləcək, Qarabağ Azərbaycan tərkibində qalacaq”

2022-04-15 12:32:00

Erməni general: “Qarabağdan imtina ediləcək, Qarabağ Azərbaycan tərkibində qalacaq”

“Bütün bunlar Rusiyaya görə baş verir”.

Hurriyyet.az xəbər verir ki, bunu Əfqanıstan müharibəsində iştirak etmiş erməni veteran, general Norat Ter-Qriqoryants deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi imzalamağa hazırlaşır.

“Sizin Baş naziriniz hələ çoxdan deyib ki, Qarabağ bizim deyil. Paşinyanın eyhamından təəccüblənməmişəm. Onlar sülh müqaviləsi imzalamağa hazırlaşırlar. Demək istəyirəm ki, nədir, sizin planınız var? Mən Ermənistanda yaşamıram, amma erməniyəm, mən Ermənistana ən yüksək səviyyədə sadiqəm, 5 il xidmət etmişəm”, - deyə general Norat Ter-Qriqoryants bildirib.

Erməni general vurğulayıb ki, Ermənistan Qarabağdan imtina edəcək, Qarabağ Azərbaycan tərkibində qalacaq.

ordu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya