Erməni gənclər Qarabağ meşəsindəki hərbi yay düşərgəsində təlimlərə başladı...

2022-07-23 16:09:00

Erməni gənclər Qarabağ meşəsindəki hərbi yay düşərgəsində təlimlərə başladı...

İyulun 22-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan torpaqlarında, onların himayəsi altında bəslənən separatçı-terrorçu rejim dağlıq-meşəlik ərazilərdən birində qurduqları adı hay dilində “Bahadır” mənasını verən "hərbi idman düşərgəsi"nin təntənəli açılışını edib.

Hurriyyet.az xəbər verir ki, Xankəndindəki separatçı nəşlərin yaydığı məlumata görə, yay düşərgəsində 11-ci sinif şagirdləri və qondarma “peşə və orta ixtisas məktəbləri”nin ikinci kurs tələbələri iştirak edirlər.

Xəbərdə deyilir ki, bu günlərdə erməni dığaları Qarabağdakı qanunsuz və işğalçı hərbi hissələrə baş çəkmək, “döyüşçü”lərlə tanış olmaq, döyüş texnikası, hərbi qulluqçuların həyatı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

"Hər növbədə Qarabağın tarixi və mədəni yerlərinə ekskursiyalar, ictimai təşkilatların nümayəndələri ilə görüşlər, müxtəlif ansamblların konsertləri, eləcə də müxtəlif mövzularda ekspert müsabiqələrinin təşkil olunacaq”- məlumatda belə deyilir.

Məlumata görə, düşərgədə erməni gənclərə atış təlimləri keçiriləcək, onlar müxtəlif hərbi-taktiki məsələlərlə tanış ediləcək.

Qeyd edək ki, erməni mediası hərbi təlim düşərgəsinin keçirildiyi məkan haqqında dəqiq məlumat vermir.

Xatırladaq ki, ötən il belə bir hərbi təlim Xocalı rayonunun Badara kəndində keçirilmişdi. Fotolardakı mənzərələrdən məkan ötən ilki məkana bənzəyir...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059921