Saat:08:48
Haqqımızda

Erməni-fars qardaşlığı haqda daha bir fakt! – ELDAR SABİROĞLU YAZIR

2023-01-28 23:42:00

Erməni-fars qardaşlığı haqda daha bir fakt! – ELDAR SABİROĞLU YAZIR

Yenə İran, yenə onunla əlaqədar şahidi olduğum hadisənin şərhi... Üzərindən 40 ildən artıq zaman keçməsinə baxmayaraq unuda bilmirəm. Bir dəfə yazılarımdan birində xatırlamışdım həmin ağrılı hadisəni.

1978-ci il idi. Şərqi Ermənistanın Rusiyaya birləşməsinin 150 illiyi İrəvanın Opera və Balet teatrıda böyük təntənə ilə qeyd olunurdu. Kremldən Siyasi Büronun bütün üzvləri və üzvlüyə  namizədlər Baş Katib L.İ. Brejnev başda olmaqla hamısı Rəyasət Heyətində əyləşmişdi. Ermənilərin heç sevmədiyi, düşmən kimi qəbul etdikləri mərhum Heydər Əliyev də orada idi. Ancaq nəyə görə isə əhvalı yerində deyildi. Mən elə hiss etdim. Sonra bildim ki, səbəbsiz deyilmiş. Nə baş vermişdisə Əliyev çıxışından imtina etmişdi.

Sonradan aydın oldu ki, teatrın binası önündə asılmış portetini cırıb yerə tökmüşdülər. O, bunu Karen Dəmirçiyana desə də, heç bir tədbir görülməmişdi... Hətta tədbiri yarımçıq kəsib geri qayıtmaq istəyirmiş. Lakin işə Baş Katibin qarışması və Yuri Andrapovun xahişindən sonra  qərarını dəyişən Heydər Əliyevin bütün şəhərdə möhtəşəm portretləri asılmağa başlamışdı.

Sual edə bilərlər ki, sən bunu haradan bilirsən!? O zaman mən "Sovet Ermənistanı" respublika qəzetində böyük müxbir vəzifəsində çalışırdım. Baş retaktorumuz rəhmətlik Məhərrəm Bayramov məni özü ilə toplantıya aparmışdı. Axşamkı ziyafətdə Heydər Əliyev bunu Məhərrəm Bayramova söyləmişdi... Onun  Baş redaktora dərin hörməti olduğu barədə xəbərim vardı. Hətta Məhərrəm Bayramovu Bakıya götürmək istəyirmiş. Ancaq SEPAH onu evinin yanında ağzından vurdu...

Beləliklə, İran!!! Həmin toplantıda İrandan gəlmiş ictimai-siyasi xadimə söz verilir. Salon ayağa qalxaraq onu gurultulu alqışlarla qarşılayır. Görün, İranlı həzarət nə deyir: “Bu gün burada iştirakımdan iftixar duyuram. Və ən əsası budur ki, tarixdə qanı, istəyi və arzusu bir olan iki qardaşın tarixdə bir dəfə müharibəsi olmuşdu. Buna görə İran xalqı adından erməni qardaşlarımızdan və Sasunlu Daviddən üzr istəyir və qarşınızda baş əyirəm”. Məncə, əlavə şərhə ehtiyac daha yoxdur. Quran sənə qənim olsun!!!

Eldar SABİROĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR