Erməni əsilli Türkiyə düşməni Berlində nələr törətdi?

2022-06-09 14:05:00

Erməni əsilli Türkiyə düşməni Berlində nələr törətdi?

Terrorçu erməni xisləti

Hurriyyet.az  Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, dünən Almaniyanın paytaxtı Berlin şəhərində səhər saat 10.30 radələrində bir sürücü şəhərin mərkəzində avtomobilini piyadaların üstünə sürüb. Ölən və yaralananlar var. Bu cinayət bütün ölkədə böyük əks-səda doğurub.

Paytaxtın ən işlək küçəsi olan Kudammda baş verən bu hadisə nətivəsində 1 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Ölən şəxsin müəllim olduğu, yaralıların vəziyyətinin isə ağır olduğu bildirilir.  29 yaşlı erməni Qor H. polis tərəfindən saxlanılıb. İstintaq zamanı şəxsin kimliyi və avtomobilində olan materiallar şübhə oyandırıb. Erməni əsilli Almaniya vətəndaşı Qor H.-nin avtomobilindən Türkiyə əleyhinə plakatlar, materiallar və yazılar aşkar edilib. Bu barədə açıqlamanı bir alman senator verib.

Sürücü ilk piyadanı vurduqdan sonra avtomobil səki ilə 200 metr gedib, mağazanın vitrininə çırpılaraq durub. Şübhəli ətrafdakı şahidlər tərəfindən tutularaq polisə təhvil verilib. Sürücünün bundan əvvəl törətdiyi mülki cinayətlə bağlı cəzalandırıldığı bildirilir. Hadisənin terror hücumu olduğuna dair şübhələr yaranıb.

Hadisənin səbəbi hələlik bəlli olmasa da, şahidlər sürücünün maşını qəsdən insanların üstünə sürdüyünü bildirirlər.

2016-cı ildə də Kudamm küçəsindəki milad yarmarkasında İŞİD tərəfdarı olan bir terrorçu qaçırdığı yük maşınını insanların üstünə sürərək 9 nəfərin ölümünə səbəb olmuşdu.

Hadisənin şahidlərindən olan 58 yaşlı Fariz A. “Hürriyet” nəşrinə açıqlamasında avtomobilin ona 1 metr məsafədən keçdiyini bildirərək deyib: “Bir piyadanı necə vurduğunu gördüm. Onu vurduqdan sonra yoluna davam elədi və vurduğu digər iki nəfər maşının üstünə düşdü. Bundan sonra sürücü maşını daha da sürətlə sürdü. Sonra səkinin üzərinə çıxdı. Sürətini azaltmadan insanları vura-vura yoluna davam elədi. Mən təsadüfən xilas oldum”.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya