Saat:08:15
Haqqımızda

Erməni əsgər özünü yandırıb

2024-02-08 10:28:32

Erməni əsgər özünü yandırıb

Fevralın 6-da Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə təlim düşərgəsinə gedən əsgərin ölümü heç də təsadüfi olmayıb. 

Hurriyyet.az xəbər verir ki, "joxavurd" qəzeti evdə yanaraq ölən erməni əsgərlə bağlı şok təfərrüatları barədə məlumat yayıb.

Nəşrin yazdığına görə, əsgər özünü yandırıb və nəticə də ev də yanıb. 

"Hadisə ilə bağlı daxil olan məlumata görə, kabinədə yanğının naməlum şəraitdə baş verməsi əsas götürülərək, rəsmi olaraq İstintaq komitəsində cinayət işinə başlanılıb", - nəşr yazır.

Xatırladaq ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 6-da saat 13:20 radələrində N saylı hərbi hissəsinin ehtiyatda olan əsgəri Artur Varuzhani Qriqoryan (1985-ci il təvəllüdlü) naməlum şəraitdə döyüş mövqeyinin sığınacağı ilə yanaşı yerləşən evdə baş vermiş yanğın nəticəsində həlak olub. 

olke.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.316368