Erməni ekspert SƏRSƏMLƏDİ: "Azərbaycanda bunu etmədən birgə yaşamaq mümkün deyil"

2022-09-10 20:52:00

Erməni ekspert SƏRSƏMLƏDİ:

“Azərbaycanda çox ciddi denasifikasiya prosesi aparmaq lazımdır”.

Bunu Cənubi Qafqazın geosiyasəti üzrə ekspert Anjela Elibegova erməni mediasına müsahibəsində deyib.

Müxbirin Azərbaycan – Britaniya münasibətləri və Qarabağ ətrafında baş verən hadisələrlə bağlı suallarını cavablandıran ekspert bildirib ki, İngiltərə və Azərbaycan elitaları arasında dostluq əlaqələri var. Britaniya və Azərbaycan arasında maliyyə-iqtisadi əlaqələr kifayət qədər güclüdür.

“BP-nin Azərbaycanın neft-qaz sektoruna 100 milyard dollar sərmayə qoyması həm də onların hərbi əməliyyatlar zamanı Azərbaycanın neft-qaz sektorunun zədələnməməsi üçün kifayət qədər qayğı göstərmələrini şərtləndirir”, – o deyib.

Müxbirin “Qarabağ ətrafında cərəyan edən proseslər kontekstində artıq Rusiya Federasiyasının keçmiş vətəndaşı olan Ruben Vardanyanın Qarabağa köçməsi ilə bağlı gözlənilməz qərarına necə baxılrsınız?” sualına Elibegova belə cavab verib:

“Ruben Vardanyanın Qarabağa köçməsinə gəlincə, deməliyəm ki, mənim üçün onun Azərbaycan cəmiyyəti ilə birgəyaşayış və dialoq yolları haqqında bəyanatı diqqətəlayiq idi. Hesab edirəm ki, bu cür fikirlər və ya planlar kontekstində kifayət qədər diqqətli olmaq lazımdır. Çünki hamımız bilirik ki, Azərbaycanda dövlət siyasəti kimi “ermənifobiya” müharibədən sonra nəinki dayanmadı, əksinə, daha da gücləndi. Düşmən müharibəyə hazırlaşmaqda, öz nəsillərini ermənilərə nifrət mühitində tərbiyə etməkdə davam edir.

Bu mənada bizim üçün çox təhlükəlidir. Ölkəmizdə daim dinc yanaşı yaşama təbliğ edilir, düşmən isə təcavüzə və hücuma hazırlaşmaqda davam edir. Bu, bizim sayıqlığımızı söndürə, reallıqdan uzaq illüziyalar yarada bilər.

Ona görə də mən Azərbaycanın daxilində çox ciddi denasifikasiya prosesi olmadan dialoq və dinc yanaşı yaşama cəhdlərini real hesab etmirəm”, – deyə “ekspert” sərsəmləyib.

Məlumat üçün bildirək ki, denasifikasiya – cəmiyyəti, mədəniyyəti, mətbuatı, iqtisadiyyatı, təhsili, hüquq və siyasəti nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksidir və 1941-45-ci müharibəsindən sonra alman və Avstriya cəmiyyətinə tətbiq olunub.

P.S. Göründüyü kimi, bu cür “ekspert”lərin yanlış təbliğatı və təxribatçı çıxışları Ermənistanı məhvə, dövlətçiliyini uçuruma sürükləyir. Öz gözündə tiri görməyən erməni “ekspert”lər bu cür cəfəngiyyatlarla ancaq öz xalqına pislik edir və sülh danışıqları prosesinə zərbə vurur. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060767