“Erməni dilinin öyrənilməsinə ehtiyac yoxdur” — Faiq Ələkbərli

2022-09-08 20:28:00

“Erməni dilinin öyrənilməsinə ehtiyac yoxdur” — Faiq Ələkbərli

“Türk dili və Azərbaycan türkcəsi tarixən də, bu gün də əhəmiyyətini qoruyub saxlayıb”.
Hurriyyet.az bildirir ki, bunu Demokrat.az-a özəl açıqlamasında türkoloq-alim Faiq Ələkbərli deyib. Alim vurğulayıb ki, bu gün Ermənistan əhalisinin tam hissəsi  olmasa da, müəyyən bir qismi türk və azərbaycan dillərini öyrənir.
“Müəyyən nüansları nəzərə alaraq deyə bilərik ki, bu dilləri öyrənməklərinə ehtiyacları  var. Çünki Türkiyə və Azərbaycanla qonşu olmaqları, eyni zamanda Gürcüstanda və İranda əhalinin bir qisminin türk dilini bilməsi buna zəmin yaradır. Ancaq Azərbaycanda belə bir addım atılmasına heç bir ehtiyac görmürəm. Çünki erməni dili elə bir dil deyil və heç bir bölgədə ciddi əhəmiyyət daşımır. Əlbəttə, Azərbaycanda Qafqazşünaslıq İnstitutunda ermənişünaslıq, Bakı Dövlət Universitetində erməni dilinin öyrənilməsi prosesi həyata keçirilir. Ancaq Azərbaycanda yuxarı sinif şagirdlərinə erməni dilinin tədris olunmasına və ya öyrənilməsini ehtiyac yoxdur”.
Qeyd edək ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib ki, Ermənistan məktəblərində çoxu təhsil üçün türk və Azərbaycan dillərini seçib.

Aynurə Pənahqızı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058635