Saat:19:50
Haqqımızda

Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu

2024-11-30 11:46:32

Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu

Türkiyədə bir müddətdir davam edən “kürdlərə dəstək”, “kürdlər əzilir” başlıqlı aksiyalar zamanı iştirakçılardan birinin erməni dilində açdığı plakat ciddi müzakirələrə səbəb olub.

Hurriyyet.az Globalinfo.az-a istinadla xəbər verir ki, aksiyalarda əsasən PKK terror təşkilatının qurucusu, 20 ildir Türkiyədə həbsdə olan Abdullah Öcalanın “Jin, Jiyan, Azadi”, yəni “qadın, həyat, azadlıq” sözləri şüar olaraq səsləndirilir.

Lakin bir neçə gün öncə keçirilən etirazlarda iştirakçılardan birinin bu sözləri erməni dilində yazması və həmin plakatı sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmayıb. Bu, Türkiyədə yaşayan ermənilərin separatçı fikirlər səsləndirən kəsimə dəstəyi kimi qiymətləndirilib.

Sözügedən plakat sosial şəbəkələrin erməni seqmentində qınaq atəşinə tutulub.

Qeyd edək ki, məşhur “ekofəal” Qreta Tunberq də bir neçə gün öncə Türkiyənin şərq vilayətlərinə səfər etmiş və buranı “Kürdüstan” adlandırmışdı. Onun separatçılara dəstəyi və çağırışları Türkiyədə ciddi etirazla qarşılandı.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.232568