Saat:23:24
Haqqımızda

Erməni deputat: “Siz türklərdən heç nə ilə fərqlənmirsiz, yalnız pasportlarınız ayrıdır”

2021-09-18 19:56:00

Erməni deputat: “Siz türklərdən heç nə ilə fərqlənmirsiz, yalnız pasportlarınız ayrıdır”

“İnsanları avtomobillə sürüməyə görə,  cinayət məcəlləsində tam şəkildə cəza müəyyən edilib. Amma heç bir polis mənim sualıma cavab vermir ki, niyə vətəndaşları avtomobilə süryürlər?”

Bu fikirləri sabiq deputat Gevorq Petrosyan səsləndirib. O bildirib ki, polislər vətəndaşlara niyə güc tətbiq etdiklərini söyləmək məcburiyyətindədirlər. Çünki onların etdikləri qanunsuzluq, insan hüquqlarının pozulmasıdır. Onlar etirazçıların yanında dayanmaqdansa, sərhədə getsinlər. Orada türklər (Azərbaycan hərbçiləri nəzərdə tutulur – red.) bizim maşınımızdan bayrağı qoparırlar, uşaqlarımıza qarşı aqressiv davranırlar (halbuki Azərbaycan hərbçiləri yalnız qondarma “Artsax”ın bayrağını qoparıb və uşaqlara da belə bir dövlətin mövcud olmadığını sakit tərzdə başa salıblar). Burada isə polislərimiz öz vətəndaşlarını incidirlər. Yaxşı olardı ki, sərhədə gedərdilər, daha burada qalıb qocaları və qadınları sürüməzdilər. Onların ( erməni polislər – red.) türklərdən heç bir fərqi yoxdur, sadəcə pasportları ayrıdır”, – deyə Petrosyan vurğulayıb.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, bir əsrdən çoxdur azərbaycanlılara qarşı terror və soyqırım həyata keçirən ermənilərə münasibətdə Azərbaycan xalqı və dövləti çox səbrli davranır. Müharibədən sonrakı təxribatlara da, Azərbaycan əsgəri layiqli cavab versə də, sadə ermənilərə qarşı heç bir aqressiya sərgiləmir. Ona görə də sabiq deputatın öz xalqına divan tutan Ermənistan polisini, türklərlə müqayisə etməsi olduqca bəsit bir düşüncənin məhsuludur və Azərbaycana qarşı kin və nifrətdən başqa bir şey deyil. \\KONKRET

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR