Erməni deputat: “Qarabağın müstəqilliyinin tanınmaq şansı yoxdur və heç vaxt da olmayıb”

2022-09-08 09:35:00

Erməni deputat: “Qarabağın müstəqilliyinin tanınmaq şansı yoxdur və heç vaxt da olmayıb”

“2020-ci il müharibəsindən sonrakı status-kvo təhlükə ilə doludur. Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni həll etməliyik? Bunun üçün 30 ildir müharibə və hərbi toqquşmalar şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır”.

Hurriyyet.az xəbər verir ki,  bu barədə Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Arsen Torosyan bildirib.

“Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün tələ olub. Biz nifrət oyatmamalıyıq. Dövlət əvvəlki illərdə iflasa uğradı, Qarabağın müstəqilliyinə nail ola bilmədi.

Ancaq bu fikir özünü aldatmaq idi. Qarabağın müstəqilliyinin tanınmaq şansı yoxdur və heç vaxt da olmayıb”, - deputat vurğulayıb.

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060732