Erməni deputat Pelosinin səfərindən xoflanır: “Bolton gələndən sonra nələr baş verdiyi yadınızdadırmı?”

2022-09-17 20:52:00

Erməni deputat Pelosinin səfərindən xoflanır: “Bolton gələndən sonra nələr baş verdiyi yadınızdadırmı?”

Hurriyyet.az “Yerevan Today” portalına istinadla xəbər verir ki, “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan öz “Feysbuk” səhifəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri barəsində belə yazıb:

“Ümid edirəm ki, siz ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun səfərindən sonra hansı hadisələrin baş verdiyini unutmamısınız. Unudanlar üçün yaddaşı bir qədər təzələyək... Bolton erməni xalqına tarixi stereotiplərdən imtina eləməyi, yəni antirusiya sahəsinə daxil olmağı, Rusiya bazasının Ermənistandan çıxarılmasını, Qarabağın Azərbaycana verilməsini, xarici siyasət vektorunu Türkiyə və Qərb tərəfə dəyişməyi təklif edirdi.

Boltonun səfəri çərçivəsində Nikol Paşinyan bəyan edirdi ki, İran-Ermənistan sərhədi bağlana bilər.

Yeri gəlmişlən, Bolton ABŞ-da çox yüksək statusa malik vəzifəli şəxs idi. Hakim dairə onun səfərini epoxial hesab edirdi.

Boltonun səfəri həqiqətən də epoxial oldu, lakin Türkiyə ilə Azərbaycan üçün: Artsax (qondarma terrorçu-separatçı qurum nəzərdə tutulur – red.) dövlətçiliyini itirdi, ərazilər verildi (qaytarıldı – red.), düşmən (torpağın qanuni sahibləri – red.) Şuşaya daxil oldu, minlərlə erməni (məğlub işğalçı qismində – red.) öldü...

Boltonun səfəri “uzaq” 2018-ci ildə olmuşdu.

İndi isə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfərə hazırlaşır – hakim dairə onun da səfərini epoxial hesab edir”.

 Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.108351