Saat:06:04
Haqqımızda

Erməni deputat: Bakının sərhəd məsələsində marağı budur, nikbinlik var

2022-05-26 20:31:00

Erməni deputat: Bakının sərhəd məsələsində marağı budur, nikbinlik var

“Bakı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesini uğursuzluğa düçar etməkdə yox, əksinə, müəyyən edilmiş qaydada və əldə olunan razılaşmalar əsasında bunu təbliğ edib, irəliyə aparmaq niyyətindədir”. 

Bunu mayın 26-da Ermənistan parlamentinin dövlət və hüquq məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vladimir Vardanyan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası istiqamətində danışıqlar prosesı aktivləşib. 

“Müvafiq qərarlar qəbul edilib, komissiyalar yaradılıb ki, onlar da nəzərdə tutulan işlərə başlamalıdırlar. Müəyyən razılaşmalar əldə olunub. Bu prosesdə böyük nikbinliyi hiss edə bilərik”, - Vardanyan bildirib.

Təfərrüatları şərh edən deputat qeyd edib ki, zaman keçdikcə onlar təkmilləşəcək. 

“Ümumiyyətlə, Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası və delimitasiyası kifayət qədər uzun və texniki cəhətdən mürəkkəb prosesdir. Həm siyasi iradə, həm prosesdə iştirak edən insanların peşəkarlığı, həm də beynəlxalq həmkarlarımızın köməyi onun uğurla başa çatmasına müsbət təkan olacaq”, - Vardanyan qeyd edib.

Mürtəza
Ölkə.Az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR