Erməni biznesmen Ruben Vardanyan Qarabağa gedib və ermənilərə çağırış edib
2021-08-10 15:58:00
Bu barədə erməni Telegram kanalları məlumat veriblər. «Mən çox təəssüf edirəm ki, Ermənistanda yaşayan ermənilərin 80%-i Qrabağda olmayıblar.
"Mən sizi bu çörəyin, suyun, xiyar və pomidorun dadına baxmağa çağırıram, bu adamların öz torpaqlarına, kəndlərinə olan münasibətini hiss etməyə çağırıram.
Düşünürəm ki, o zaman çox şey dəyişdirmək daha asan olacaq və diasporada yaxud Ermənistanda yaşayan hamımızın münasibəti dəyişəcək, bu həll edilməli problem və ya çətinlikdir və bunu bizim üçün heç kim həll etməməlidir.
Bu, bütün gücümüzlə qorumalı olduğumuz torpaqlarımız, Vətənimizdir", deyə Ruben Vardanyan İnstaqram səhifəsində yazıb.
Ülviyyə/Hürriyyət