Saat:13:45
Haqqımızda

Erkin Qədirli o sözü buna görə deyib — ŞOK VERSİYA ÜZƏ ÇIXDI

2023-01-26 19:37:00

Erkin Qədirli o sözü buna görə deyib — ŞOK VERSİYA ÜZƏ ÇIXDI

Deputat Erkin Qədirlinin bloger Mehman Hüseynova açıqlamasında səsləndirdiyi fikirlərlə bağlı müzakirələr fərqli bir məcraya yönəlməkdədir.

E.Qədirlinin “heç mən özüm də demokratik yolla deputat seçilməmişəm” deməsi istər media, istər ictimaiyyət, istərsə də siyasi kluarlarda tənqid olunmaqdadır. Əksəriyyət E.Qədirlinin bu fikirlərlə erməni lobbisinin əlinə “kozır” verdiyini bildirirlər.

Bütün bunların fonunda deputatın blogerə açıqlaması zamanı belə bir fikir söyləməsinin səbəbləri haqda sensasion versiyalar üzə çıxmaqdadır.

Belə ki, siyasi mühitə yaxından bələd olan şəxslər Erkin Qədirlinin məlum fikri səsləndirərkən bir qədər sərxoş olması versiyasını irəli sürüblər. Onlar deputatın açıqlama verən zaman kifayət qədər rahat davranışlar sərgiləməsini, əlində alma tutmasını və gözlənilməz şəkildə özünü riskə atacaq sözlər deməsini məhz sərxoş ola biləcəyi ilə əlaqələndiriblər.

Maraqlıdır ki, onun iş prosesindən sonra hərdən yemək məclislərində yer almasını başqa mənbələr də qeyd ediblər.

Ümumilikdə isə əksəriyyət Erkin Qədirlinin kifayət qədər ağıllı, analitik qabiliyyəti yüksək siyasətçi olduğunu, belə riskli fikirləri təsadüfən demədiyini bildiriblər.

Məsələ ilə bağlı Erkin Qədirlinin fikirlərini öyrənməyə çalışsaq da, təəssüf ki, bu, mümkün olmayıb. /globalinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR