"Ərim hədsiz dərəcədə QISQANIR" - VİDEO
2024-11-23 20:06:23
Müğənni Aysun İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamalr verib.
"Rəngarəng" verilişində həyat yoldaşından danışan sənətçi çox qısqanıldığını etiraf edib. Şəxsi münasibətlərə gəldikdə isə aralarında narazılıq yaranan zaman əri səhv olsa belə həmişə özünün üzr istədiyini bildirib.
"Küsəndə heç zaman gül almaz. Elə saxta şeylər onluq deyil. Bir neçə gün keçdikdən sonra hədiyyə ilə deyil, başqa bir hərəkətlə könlümü alır. Ürək hədiyyə ilə deyil, səmimi duyğularla barışar. Hər şey pul deyil, nəyisə özüm də ala bilərəm".
Day.Az