Saat:11:45
Haqqımızda

Ərəblərin paytaxtımıza növbəti axını - SƏBƏB NƏDİR? - FOTOLAR

2021-12-04 14:07:00

Ərəblərin paytaxtımıza növbəti axını - SƏBƏB NƏDİR? - FOTOLAR

Pandemiya ilə əlaqədar turizm sahəsində uzun müddət durğunluq yaşansa da, son vaxtlar Azərbaycana turist axının artdığının şahidi oluruq. Son statistik göstəricilərədən də bunu görmək mümkündür. Oktyabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 90 min 973 nəfər olub ki, bu da ötən illə müqayisədə 167 faiz artım deməkdir.

Azərbaycan Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə də Musavat.com-a açıqlamasında bu məlumatı təsdiqləyib.

O, hazırda 60-a yaxın ölkə vətəndaşının Azərbaycana səfər etdiyini bildirib. Kənan Quluzadənin sözlərinə görə, Azərbaycana gələn turistlərin say çoxluğunda Rusiya,Türkiyə, İran, Gürcüstan vətəndaşları üstünlük təşkil edir. Sonrakı yerləri isə Ərəb və digər ölkələrin vətəndaşları tutur. Ərəb ölkələrindən gələn turistlər göstəricilərə görə top beşliyə düşməsə də, paytaxtın mərkəzi küçələrində onların çoxluğu daha çox sezilir. Onlar əsasən mərkəzdə yerləşən ticarət mərkəzlərinə və restoranlara üz tuturlar.

Musavat.com əməkdaşının şəhərin mərkəzindən çəkdiyi fotoları sizə təqdim edirik:

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR