Ərəb koalisiyası husilərin gizli müəssisələrini bombalayıb

2021-11-24 13:40:00

Ərəb koalisiyası husilərin gizli müəssisələrini bombalayıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi ərəb koalisiyası qüvvələri Yəməndə husilərin gizli obyektlərini məhv eləyib. Husilərin nəzarətində olan Səna şəhərində İran tərəfindən dəstəklənən “Ənsərullah” hərəkatının gizlin şəkildə PUA istehsal edən müəssisələrinə zərbələr endirilib.

Bu barədə məlumatı koalisiya qüvvələrinə istinad edən SPA Səudiyyə informasiya agentliyi verib. Koalisiya mülki əhaliyə zərər vurulmaması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.

Husilərə məxsus “Əl Məsira” telekanalı isə Amerika və Səudiyyə qırıcılarının Səna şəhərinin Əl Ənab rayonundakı evlərə iki dəfə zərbə endirdiyini, vurulan binalardan birinin inşa edilməkdə olan yetimlər üçün xəstəxana olduğunu bildirib. 

Yəməndə 2014-cü ildən bəri bir tərəfdən qiyamçı “Əmsərullah” şiə hərəkatı və devrilmiş Yəmən prezidenti Əli Abdulla Salehin tərəfdarları, digər tərəfdən isə prezident Əbdülrəbb Mənsur Hadiyə tabe olan hökumət qüvvələri arasında silahlı münaqişə davam edir. 

Silahlı münaqişə üzündən Yəməndə 3 milyon nəfərə yaxın insan məcburi köçkün adını qazanıblar.

Hürr Tərcüman