Saat:15:33
Haqqımızda

Ərdoğanla Putin telefonla nədən danışıblar?

2023-03-25 16:23:00

Ərdoğanla Putin telefonla nədən danışıblar?

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə məlumatı Türkiyə Prezident Aparatının mətbuat xidməti verib.

Prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan taxıl müqaviləsinin müddətinin uzadılması ilə bağlı müsbət mövqeyinə görə Putinə təşəkkürünü bildirib, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin tezliklə danışıqlar yolu ilə bitəcəyinə böyük əhəmiyyət verdiyini söyləyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR