Ərdoğanla Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklər

2022-09-14 16:41:00

Ərdoğanla Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklər

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Azərbaycanla Ermənstan sərhədində yaranmış vəziyyətdən danışmağa hazırlaşır. “Röyters” agentliyinin Türkiyə hökumətindəki yüksək vəzifəli məmura istinadən verdiyi xəbərdə deyilir: “Türkiyənin dövlət başçısı Ərdoğan bu həftə Səmərqənddə Putinlə görüşü zamanı Ermənistanla Azərbaycan sərhədindəki döyüşləri müzakirə edəcək”.

Çərşənbə axşamına keçən gecə Ermənistan Silahlı Qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində irimiqyaslı diversiya həyata keçiriblər. Azərbaycanın Silahlı Qüvvələri bu diversiya aktlarının dərhal qarşısının alınması üçün təcili tədbirlər görüblər. Toqquşma baş verib. Hərbi münaqişənin miqyasının genişlənməsi nəticəsində Ermənistanın ordusu dəf edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064698