Saat:15:29
Haqqımızda

Ərdoğanla Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər - Telefonda

2021-12-03 20:01:00

Ərdoğanla Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər - Telefonda

Türkiyə Prezidenti R.T.Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin telefonda danışıblar.
 
Hurriyyet.az-ın Türk mediasına istinadən verdiyi məlumata görə, telefon söhbətində Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Suriya, Liviya, Ukrayna başda olmaqla regional problemlər müzakirə olunub.
 
Kremldən verilən məlumata görə, Putin Ərdoğanın diqqətini Ukrayna təhlükəsizlik qüvvələrinin Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz təyyarələrindən necə istifadə etdiyinə və Minsk razılaşmalarını pozmaq xəttini davam etdirməsinə yönəldib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR