Ərdoğanla bağlı SENSASİON AÇIQLAMA: Onun Putinlə şəxsi münasibəti...
“Dünyanın ən böyük iqtisadiyyatına və ordusuna sahib olan ABŞ öz gücü ilə bir çox coğrafiyada varlığını hiss etdirir. Ancaq Yaxın Şərqdə bu varlıq günü-gündən azalır. Regionun dörd böyük ölkəsi Vaşinqtonun etibarını itirib”.
Hurriyyet.az xəbər verir ki, bu fikirlər ABŞ mərkəzli "Foreign Policy" (FP) nəşrinin "Amerikanın Yaxın Şərqinin sonu" başlıqlı təhlilində yer alıb.
FP bu 4 ölkənin Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə və Misir olduğunu vurğulayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə və Misir liderləri Vaşinqtonun əsas maraqlarına açıq-aşkar məhəl qoymadan öz yollarını cızırlar:
“Açıq desək, Amerikanın Yaxın Şərqdəki dörd ənənəvi sütunu indi etibar edilməyəcək qədər kritikdir. Dəyişən status-kvo da bu yaranan vəziyyətə təsir göstərir. Bir zamanlar ABŞ-la əlaqələri gücləndirən tarixi faktorlar da aradan qalxıb. Region ölkələri üçün təhlükə yaradan Sovet İttifaqı artıq mövcud deyil”.
Nəşr artıq bölgə üçün təhlükənin olmadığını vurğulayır:
“İsrailin baş naziri Benyamin Netanyahu, Məhəmməd bin Salman və Ərdoğanın Baydenlə müqayisədə Rusiya prezidenti Vladimir Putinlə daha isti şəxsi münasibəti var”.
Musavat.com