Saat:09:09
Haqqımızda

Ərdoğanın yeni strateji təşəbbüsü: Süveyş kanalına rəqib "İnkişaf Yolu" dəhlizi

2024-05-10 10:54:55

Ərdoğanın yeni strateji təşəbbüsü: Süveyş kanalına rəqib

Ərdoğanın yeni strateji təşəbbüsü sayəsində meydana çıxan "İnkişaf Yolu" tranzit dəhlizi Süveyş kanalına rəqib layihədir. Belə ki, Türkiyə prezidenti Qətər, İraq və BƏƏ ilə Fars körfəzindən Avropaya “İnkişaf Yolu” nəqliyyat dəhlizinin tikintisi ilə bağlı razılığa gəlib.

Onun Azərbaycandan keçən Şimal-Cənub dəhlizinə bağlanması məsələsi var. Bəs Türkiyə liderinin təşəbbüsündə diqqət çəkən nədir, bu dəhliz niyə bu qədər strateji və vaxtında irəli sürülmüş layihə məqsədi daşıyır və “kimi narahat edir”?

“İnkişaf Yolu” təşəbbüsü İraq, Qətər və BƏƏ ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ideyası olan yeni nəqliyyat dəmir yolu və quru dəhlizinin layihəsidir. Yeni nəqliyyat-logistika sisteminin formalaşdırılması ilə bağlı sənəd artıq imzalanıb - söhbət İraqın Bəsrə limanından İstanbula və daha sonra Bolqarıstan vasitəsilə Avropaya yüklərin sürətli və təhlükəsiz daşınmasından gedir.

İlk baxışdan belə düşünmək olar ki, nəqliyyat dəhlizlərində iştirak Prezident Ərdoğanın sabit ideyasına çevrilib – onların çoxu (o cümlədən gələcəkləri də) Türkiyə ərazisindən keçir. Lakin bu, həqiqətdən uzaqdır: söhbət strateji cəhətdən həm maddi-texniki, həm təhlükəsizlik kontekstində, həm də vaxt baxımından ciddi qərardan gedir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208427