Saat:18:03
Haqqımızda

Ərdoğanın Trampla Putinə təklifi

2025-10-24 13:19:56

Ərdoğanın Trampla Putinə təklifi

Hurriyyet.az xəbər verir ki, Türkiyə Rusiya-ABŞ sammitini təşkil etməyə hazır olduğunu bəyan edib. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Rusiya və ABŞ arasında Ukraynadakı müharibəyə son qoymaq məqsədilə keçirilə biləcək sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirib. O, dialoqun sülhə nail olmaq üçün vacib vasitə olduğunu söyləyib.
Ərdoğan İran körfəzi ölkələrinə səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verib.
Ərdoğan deyib: "Biz həmişə belə bir görüşü keçirməyə hazırıq. Budapeştdəki zirvə görüşünün baş tutmaması təəssüf doğurur. İstənilən dialoq müharibəyə son qoymaq üçün faydalı ola bilər. Türkiyə lap əvvəldən ədalətli sülh tərəfdarı olub, münaqişənin hər iki tərəfi ilə əlaqə saxlayıb". 
Prezident Türkiyənin Rusiya və ABŞ ilə yaxşı münasibətləri olduğunu və hər iki tərəfin Türkiyəyə  etibar etməsinin sülh istiqamətində səylər üçün ona üstünlük verdiyini qeyd edib. Ərdoğan Ankaranın bu mövqedən bütün bəşəriyyətin rifahı naminə istifadə etmək niyyətində olduğunu söyləyib.
Hürr Tərcüman


Load Time (S) : 0.178478