Saat:16:29
Haqqımızda

Ərdoğanın qərarına etiraz edən isveçli siyasətçi HƏDDİNİ AŞDI: "Daha yüz Quran yandırın"

2023-01-28 23:54:00

Ərdoğanın qərarına etiraz edən isveçli siyasətçi HƏDDİNİ AŞDI:

Prezident Ərdoğanın NATO qərarından sonra isveçli siyasətçidən qalmaqallı çıxış edib.

Hurriyyet.Az xəbər verir ki, İfrat sağçı Rasmus Paludanın qalmaqallı hərəkətləri müsəlmanları ayağa qaldırıb. Prezident Ərdoğanın sərt cavabı İsveçin NATO üzvlüyündə qapılarını bağlaması olub. Bundan sonra Paludan yeni təxribata əl atıb.

Paludanın İsveç və Danimarkada Quranı yandırmasına bütün dairələrdən reaksiyalar eşidilərkən, daha bir qalmaqallı açıqlama gəlib.

İsveç Demokratlar Partiyasının Ədalət Komissiyasının sədri Richard Comsof daha da irəli gedərək, hədsiz ifadələr işlədib.

O, Türkiyənin NATO üzvlüyü məsələsində İsveçə qarşı durmasının şişirdilmiş olduğunu deyib.

“Əsəbləşirlərsə, daha 100-nü yandırın”, – Comsof deyib.

Bundan əvvəl Paludan İsveç NATO-ya girməyənə qədər hər cümə günü Türkiyə səfirliyinin qarşısında Quran yandıracağını açıqlayıb və Danimarka səlahiyyətliləri ona icazə verib. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR