Saat:14:27
Haqqımızda

Ərdoğanın qələbəsinin Rusiya, Macarıstan və Serbiya üçün faydası – Orban: “Daha arxayınıq”

2023-06-02 14:01:00

Ərdoğanın qələbəsinin Rusiya, Macarıstan və Serbiya üçün faydası – Orban: “Daha arxayınıq”

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban yerli “Koşut” radiostansiyasına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə çalmasının Rusiya qazının “Türk axını” kəməri vasitəsilə əvvəlki kimi müntəzəm şəkildə Macarıstana daxil olmasını təmin etdiyini söyləyib.

Baş nazir deyib ki, hazırda Macarıstan Rusiya qazını yalnız cənub marşrutdan Türkiyə vasitəsilə alır. Onun sözlərinə görə, əgər Türkiyədə prezident seçkilərində “amerikapərəst lider” qələbə çalsaydı, bu qazın Macarıstana və Serbiyaya gəlib çatacağı şübhə doğurur.

Orbanın fikrincə, Ərdoğanın prezident seçkilərindəki əsas rəqibi Kemal Kılıçdaroğlu məhz belə “amerikapərəst liderdir”. Baş nazir etiraf edib ki, Ərdoğanın seçkilərdəki qələbəsi xəbərini “böyük ürək rahatlığı ilə” qarşılayıb. O, Türkiyə Prezidentinin Ukrayna ilə Rusiya arasındakı münaqişənin nizamlanmasında vasitəçi kimi çıxış edəcəyini də qeyd edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR