Saat:18:30
Haqqımızda

Ərdoğanın qələbəsini gözləyirdilər – ölkəyə turist axını başladı

2023-05-29 16:39:00

Ərdoğanın qələbəsini gözləyirdilər – ölkəyə turist axını başladı

Ərdoğanın qələbəsini gözləyənlər silsiləsindən

Hurriyyet.az “Lenta.ru” portalına istinadla xəbər verir ki, Türkiyədə keçirilən prezidenti seçkilərində R.T.Ərdoğanın qələbə çalmasından sonra rusiyalılar kütləvi şəkildə Türkiyəyə turist biletləri satın almağa başlayıblar.

Bu barədə məlumatı “Shot” “Teleqram” kanalı turizm sahəsindəki ekspertlərə istinadla verib.

Mütəxəssislərin məlumatına görə, 29 may səhəri rusiyalıların Türkiyədəki sevimli kurortlarına biletlərə tələbatı 2-3 dəfə artıb. Mənbə deyib: “Bir çox turistlər seçkinin bitməsini və vəziyyətin “aydınlaşmasını” gözləyirdilər”.

Xəbər verdiyimiz kimi, Prezident Ərdoğanı təbrik edən Baş nazir Nikol Paşinyan Türkiyə-Ermənistan arasında normallaşdırma addımlarının davam edəcəyini, Vladimir Putin isə AES tikintisi, qaz qovşağı layihələrinin tam reallaşdırılmasını gözlədiyini bəyan edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR