Saat:03:13
Haqqımızda

Ərdoğanın Krım açıqlamasına Kremldən cavab

2024-09-13 16:47:52

Ərdoğanın Krım açıqlamasına Kremldən cavab

Krımın kimə aid olması mövzusu Rusiya ilə Türkiyə arasında fikir ayrılıqları kateqoriyasına aiddir. Rusiya öz nöqteyi-nəzərini izah etmək cəhdlərindən əl çəkmir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Burada bizim fikirlərimiz fərqlənir, eyni zamanda, öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etmək üçün məqsədyönlü cəhdlərimizdən əl çəkməmişik. Ümid edirik ki, zaman keçdikcə bu, Ankaraya bizi daha yaxşı başa düşməyə, dəlillərimizi anlamağa və razılaşmağa imkan verəcək”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Krımın ilhaqını tanımadıqlarını və bu ərazinin Ukraynaya qaytarılmalı olduğunu bildirib./axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.241080