Saat:01:05
Haqqımızda

Ərdoğanın bütün tələbləri qəbul edildi – Tam qələbə

2022-06-29 15:13:00

Ərdoğanın bütün tələbləri qəbul edildi – Tam qələbə

Bu, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın tam qələbəsidir, çünki onun bütün tələbləri həm İsveç, həm Finlandiya dövlətləri tərəfindən yerinə yetirilib.

Hurriyyet.az xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında IMEMO RAS-ın baş elmi işçisi, Qara dəniz-Xəzər bölgəsinin Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Raevski deyib.

“Ərdoğan öz hərəkətləri ilə aşkar, qeyd-şərtsiz qələbə qazandı. Tam qələbə. Birincisi, PKK-nın bu ölkələrdə qadağan olunmasını təmin etdi, bu, onun üçün son dərəcə vacibdir. İkincisi, cinayətdə şübhəli bilinənlərin ekstradisiyası və s. Türkiyə, ümumiyyətlə, bu partiyanın bütün üzvlərindən şübhələnir”, - Nadein-Raevski bildirib.

Qeyd edək ki, İsveç və Finlandiya Ankaranı narahat edən bütün məsələləri nəzərə alan memorandum imzalayıb. Türkiyə də öz növbəsində İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazını geri götürüb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR