Saat:09:15
Haqqımızda

Ərdoğanın ABŞ-a səfəri ətrafında qalmaqal: Baydenlə görüşü kim pozmağa çalışır?

2024-04-26 11:03:10

Ərdoğanın ABŞ-a səfəri ətrafında qalmaqal: Baydenlə görüşü kim pozmağa çalışır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a planlaşdırılan səfərini ləğv etməyib, hazırda Ankara və Vaşinqton səfər proqramı ilə bağlı danışıqlar aparır.

Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında mayın 9-na planlaşdırılan danışıqlardan əvvəl Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, Türkiyə lideri ilə görüş hələ Baydenin rəsmi proqramına daxil deyil və Ağ Ev belə planları təsdiq edə bilməz.

Nəşr Ərdoğanın ABŞ-a gözlənilən səfəri ilə bağlı fərziyyələri İsrail lobbisinin ABŞ-dakı hərəkətləri ilə əlaqələndirir. Qəzetin yazdığına görə, Vaşinqtonda müəyyən qruplar HƏMAS lideri İsmayıl Haniyənin Türkiyəyə səfərindən sonra görüşün qarşısını almağa çalışırlar.

Qəzet vurğulayır ki, ABŞ və Türkiyə bu cür qrupların təzyiqlərinə müqavimət göstərməli və səfərin baş tutmasını təmin etməlidir.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.178965