Ərdoğandan Yunanınstana sərt XƏBƏRDARLIQ

2022-09-06 17:02:00

Ərdoğandan Yunanınstana sərt XƏBƏRDARLIQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana hər an zərbə endirilə biləcəyinin mümkünlüyü  barədə xəbərdarlıq edib.

Hurriyyet.az xəbər verir ki, Ərdoğan bununla bağlı deyib:

“Afina Türkiyənin qətiyyətindən xəbərdardır və buna görə də artıq regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlar atmır".

Onun sözlərinə görə, Türkiyə “Yunanıstan təxribatları” mövzusunu NATO səviyyəsində də qaldırıb.

"Düşünürəm ki, Afina indi Türkiyə ilə münasibətlərdə gələcək addımları təhlil edəcək. Əks halda, dediyim kimi, hər an zərbə endirilə bilər", - Ərdoğan bildirib.

NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı münaqişə ərəfəsində olublar. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, gərginliyin yeni mərhələsi avqustun 23-də Yunanıstanın NATO missiyası zamanı Türkiyənin “F-16”larını hədəfə almaq üçün Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi ilə başlayıb.

Son günlər iki ölkə arasında ritorika kəskin şəkildə artıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib ki, Yunanıstan Türkiyəni S-300 hava hücumundan müdafiə sistemləri ilə təhdid edir və “Afina daha irəli gedərsə, bunun bədəli ağır olacaq”.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara Yunanıstanın türk təyyarələrinin təqibində S-300-dən istifadə etməsi ilə bağlı NATO-dan obyektivlik gözləyir. Onun sözlərinə görə, Yunanıstan beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə və dostluğa məhəl qoymur. 

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056891