Saat:20:14
Haqqımızda

ƏRDOĞANDAN PUTİN VƏ TRAMPA MESAJ... - Zelenskini mühafizəsi altına alır?+ VİDEO

2025-02-19 11:03:01

ƏRDOĞANDAN PUTİN VƏ TRAMPA MESAJ... - Zelenskini mühafizəsi altına alır?+ VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olan Ukrayna lideri Volodimir Zelenski prezdient köşkündə olub.

Hurriyyet.az xəbər verir ki, Ərdoğanın Zelenskini qarşılama mərasimi zamanı çəkilən bir foto böyük marağa səbəb olub.

Belə ki, sözügedən fotoda diqqət çəkən məqam Ərdoğanın Qərbin tək buraxdığı Zelenski ilə çətirini paylaşması olub.

Türkiyə KİV-lərinin yazdığına görə, Ərdoğan bununla Putinə və Trampa Zelenskinin onun mühfizəsi altında olduğu mesajını vermək istəyib

Qeyd edək ki, həmin detal sosial şəbəkədə istifadəçilərin də marağına səbəb olub.

Xatırladaq ki, Ərdoğan və Zelenski arasında baş tutacaq ikitərəfli görüşdən sonra saziş imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177285